SəhərAzəri-nin bildirdiyinə görə, bu barədə konsorsium məlumat yayıb.
Məlumata görə, buna səbəb Rusiyanın Nəqliyyat Sahəsində Nəzarət Federal Xidmətinin (“Rostransnadzor”) aşkar etdiyi pozuntulardır.
Bu kəmər Qazaxıstan neftinin Avropaya əsas ixrac marşrutudur. Nəql olunan neftin 80 %-dən çoxu bu kəmər vasitəsi ilə Qara dəniz sahillərinə ötürülür. Kəmərin illik tutumu 67 milyon ton neftdir.
Xəzər Boru-kəməri Konsorsiumunun əsas səhmdarı Rusiyadır (31 %) ikinci yerdə isə Qazaxıstan durur (20.7 %).