Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei cənabları İslam İnqilabının banisinin yüksək məqamını «Fatihə» surəsini oxumaqla əziz tutub. Məzarının yanında Quran oxuyub və namaz qılıb.
Daha sonra Ali Rəhbər “Yeddi Tir” şəhidlərinin məzarını, Hərəm müdafiəçiləri və “Şəhidlər Gülüstanı”nı ziyarət edərək şəhidlərin pak ruhlarının uca dərəcələrə çatması üçün dualar edib.