0
Sunday 17 April 2022 - 12:12
Rusiya İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı xəbərdarlıq edir

Baltikyanı bölgənin nüvələşməsi nə vəd edir? - TƏHLİL

Story Code : 989539
Baltikyanı bölgənin nüvələşməsi nə vəd edir? - TƏHLİL

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya hökuməti xəbərdarlıq edir ki, əgər bu iki ölkə NATO-ya daxil olarsa, Baltik dənizində nüvə silahının olmayacağından danışmaq artıq mümkün olmayacaq.
Xatırladaq ki, Finlandiya yaxın bir neçə həftə ərzində NATO-ya qoşulub-qoşulmayacağına qərar verəcəyini elan edib. Finlandiyanın baş naziri Sanna Marin ölkəsinin "Rusiyanın istənilən hərəkətinə adekvat hazır olmasının lazım olduğunu" deyib. Onun sözlərinə görə, təhlükəsizlik zəmanətinə sahib olmaq üçün NATO-nun ümumi çəkindirmə və müdafiə siyasəti ilə bağlı 5-ci Maddəsindən başqa heç bir yol yoxdur.
NATO Nizamnaməsinə əsasən quruma üzvü olan bir ölkəyə hücum bütün üzv dövlətlərə hücum hesab edilir və kollektiv müdafiə məsələsi gündəmə gəlir.
Bu arada İsveç də təhlükəsizlik siyasətini nəzərdən keçirir və gələn ay üzvlüyü ilə bağlı NATO-ya müraciət etməyi planlaşdırır.
Hazırda Ukraynada genişmiqyaslı müharibə ilə məşğul olan Rusiya təbii ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasına qəti şəkildə qarşıdır. Moskvanın nöqteyi-nəzərindən bu, Rusiyanın qərb sərhədləri ilə yanaşı, Rusiyanın şimal sərhədlərində güclü mövqe tutmaq niyyətində olan NATO tərəfindən Rusiya mühasirəsinin artırılması deməkdir. Ona görə də, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu yaxınlarda xəbərdarlıq edib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması siyasi və hərbi nəticələrə səbəb ola bilər.
Finlandiya Rusiyaya yaxınlığı və xüsusi coğrafi mövqeyinə xatir Moskva həmişə ona çox həssas olub. Finlandiya Soyuq Müharibə illərində neytral mövqe tutdu. Bununla belə, NATO və ABŞ liderləri hazırda Avropada oyun qaydalarının əsaslı şəkildə dəyişdiyini və köhnə neytrallıq anlayışlarının Finlandiya və İsveç barədə cavab vermədiyini iddia edir və buna görə də iki ölkənin NATO-ya üzv olmasını istəyir. İndi əgər İsveç üzvlük təklifini vermək qərarına gələrsə, Finlandiya da tezliklə eyni addımı atacaq. Əslində onsuz da Finlandiya və İsveçin NATO ilə sıx əməkdaşlığı sonda bu iki ölkənin alyansa üzv olmasına gətirib çıxaracaq. Bu, rusların narahatlığını və Moskvanın iki ölkəyə qarşılıqlı reaksiyalarını daha da artıra bilər. Nəticədə NATO-ya üzvlük sözü gedən ölkələrin milli təhlükəsizliyini nəinki gücləndirməyəcək, hətta onlara qarşı təhdidlər görünməmiş şəkildə artacaqdır.
 
Source : Sahartv
Comment