Avropanın beşiyində, yəni Portuqaliyada dünyaya gələn məşhur futbolçu Kristiano Ronaldo Avropanın Avropa oyunları zamanı keçirilən konfrans zamanı dünyanı gözü önündə masanın üzərində olan Coca-colanı qırağa qoyub, suyu əlinə götürərək, hamıya “Təmiz su için” deyə səslənmişdir. O bu hərəkəti ilə Coca-colanın ziyanlı olmasını deyil, İsrailə dəstək verən bu şirkətə etiraz etmişdir. Çünki bu şirkət İsrailin silahlanmasında və müsəlman fələstin xalqına qarşı qətliamın törədilməsində böyük rola sahibdir.
Bundan əlavə, fransalı müsəlman futbolçu Pol Poqda da öz növbəsində pivə şirkətinə etiraz əlaməti olaraq pivə şüşəsini masanın üzərindən götürmüşdür. Hədislərin birində əziz islam Peyğəmbəri (s) İmam Əliyə (ə) buyurur: “Ya Əli, hər kəs öz sağlamlığı naminə də şərabı tərk edərsə Allah ona savab yazar”.
Bir zamanlar imperialist qüvvələrin mənafeyini təmin etməyə qulluq edən futbol kimi oyunlara bu gün artıq dini düşüncə nüfuz etmişdir və islamın müdafiə etdiyi dəyərləri təbliğ edən insanlar ortaya çıxmaqdadır. Onların bizdən xəbəri olmasa da mən öz növbəmdə bu atılan addımları alqışlayır və onlara öz minnətdarlığımı bildirirəm. Çünki onlar bizim hamımızın qəlbində olan istəyi ortaya qoymağı bacardı. Mən Rolnaldonun bu mərd hərəkətindən sonra bir daha müsəlman bacı və qardaşlarıma israil mallarını baykot etməyi xatırladıram. Allah onu israil qatillərinin şərrindən amanda saxlasın. Atasının günahlarını bağışlasın, anasını və özünü haqq yola hidayət etsin. Onun bu hərəkətindən sonra Coca-cola şirkətə 4 milyard dollar ziyan dəyib. Ronaldonun pərəstişkarları Coca-Colanı almağı və içməyi özülərinə qadağa etdilər. Ey kaş onun pərəstişkarları kimi bir din xadiminin də bu qədər istəyənləri olardı. Dini xətib İsrail mallarını almayın deyəndə dinləyicilər deyirılər “Bəs nə alaq, nə içək?”. İnsanları xəlq edən Allah olduğu kimi əməlləri də o xəlq edən məhz odur. Ronaldonun bu hərəkəti də Allahın iradəsi ilə baş verdi. Allah Təala Ronaldonu “Cola sərin olanda çox dadlı olur və biz də nəfsimizlə bacarmırıq” deyən cavanlar üçün nümunə qərar verdi. Allah Təala Ronaldonu onlara gösətrərək siz də bu cür ola bilərsiniz deyə mesaj vermişdir. Dünyada cəmi 300 milyon şiə və Ronaldonun da eyni sayda azərkeşi var. Ronaldonun azərkeşlərinin ona verdiyi dəstəyi şiələr İmam Mehdiyə (ə.c) versəydilər zalımların iqtisadiyyatı çökərdi.
Allahummə əccil li vəliyyikəl fərəc
Vəssəlamu ələykum və əla ibadillahis salihin
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri
Abgül Süleymanov
21.06.2021