Məhbus ruhani Hacı Abgül Süleymanovdan yeni bəyanat
Story Code : 882568
Hamıya "pandemiya, koronavirus var" deyənlər özləri qaydalara əməl etmədi. Tanınmış ziyallılar, ağıllarını əldən verdilər. Akademik Ramiz Mehdiyev həmçinin ona yaxın olan tanınmışlar toy məclisi edib, milli mənəvi dəyərlərimizi və adət ənənələrimizi sındırmağa cəhd göstərdilər. Məhərrəm ayının əvvəllləri və Tovuzda şəhid olmuş qardaşlarımızın qırxı çıxmamış bu lazımsız təm-təraqlı toy məclisini hazırladılar. Bu işi ölkənin avam camaatı etməzdi, amma özlərinə akademik, deputat, hüquq müdafiəçisi deyənlər etdilər. Hələ indiyə qədər Məhərrəm ayında heç kim övladına toy etməmişdi. Onlar bu işləri ilə başda şəhidlərin sərvəri İmam Hüseyn ağaya və qırx mərasimi bitməmiş general mayor və onunla birgə şəhid olmuş zabit, çavuş və əsgərlərin ruhlarına hörmətsizlik etdilər. Halbuki hamıdan çox onlar bu ənənəyə riayət etməli idilər, amma təəssüflər olsun ki, milli-mənəvi dəyərlərimizə sevgi və sədaqətləri olmadı. Onlar mentalitetimizi əymək istədikləri üçün Allah da onların cəmiyyətdə və hökümətdə olan hörmətlərini sındırdı.Onların əllərinə qandal vurub, 15 sutka həbsə saldı. Bu cəza onlar üçün olduqca düzgün və təqdirə layiq bir qərar oldu. Hökümətin göstərişi ilə məhkəmənin verdiyi bu qərar qoy özlərini millətdən yuxarıda görən məmurlar üçün bir ibrət olsun.