0
Saturday 17 August 2024 - 14:51
Netanyahu hiyləgərliklə məşğuldur

Atəşkəs danışıqları niyə bərpa olundu? - TƏHLİL

Story Code : 1154523
Atəşkəs danışıqları niyə bərpa olundu? - TƏHLİL
Artıq iki həftədir ki, sionist rejim İslam Respublikasının hücumunu gözləyir və bu məsələ bu rejimin rəhbərləri və işğal olunmuş ərazilərin sakinləri üçün çoxlu problemlər yaradıb. Çünki İranın cavabının nə olacağını hələ heç kim bilmir.
Qərb ölkələrinin təhlili belədir ki, İran İsrailə cavab vermək istəsə, Tehranla yanaşı Yəməndən tutmuş Livana, İraqa, Suriyaya qədər bu rejimə qarşı eyni vaxtda ən azı beş cəbhənin açılması mümkündür.
Regiondankənar güclərin rəyi budur ki, ilk növbədə, hətta taktiki və müvəqqəti olaraq atəşkəs yaradılmalıdır ki, İsrail işğal etdiyi ərazilərdən kənar cəbhə ilə məşğul ola bilsin.
Əslində, İsmayıl Həniyyənin qətli ilə əlaqədar İranın ərazi bütövlüyü və milli suverenliyin pozulması ona qanuni müdafiə hüququndan istifadə etməyə hüquqi imkan yaradıb və bu səbəbdən Netanyahu Doha danışıqlarına nümayəndə heyəti göndərmək məcburiyyətində qalıb.
İsrailin “Kan” televiziyasının məlumatına görə, Netanyahu bu danışıqlara Mossad rəhbəri David Barnia, daxili təhlükəsizlik xidmətinin rəhbəri Ronen Bar Şabak və İsrail ordusunda hərbi əsirlərin işlərinə cavabdeh olan təmsilçisi Nitsan Elonu göndərmək qərarına gəlib.
Xatırladaq ki, mayın sonunda ABŞ prezidenti Co Bayden Qəzzə zolağında atəşkəsin yaradılması planını təklif edib. HƏMAS, Baydenin bu planı ümumi şəkildə elan etməsindən sonra bununla razılaşdı; Lakin sonradan Netanyahu bu plana yeni şərtlər əlavə etdi və eyni zamanda Amerikadan qayıdan kimi Beyrutdakı Hizbullahın yüksək komandiri Fuad Şükürü və Tehranda HƏMAS-ın siyasi lideri İsmail Həniyyəni şəhid edərək regional müharibəni alovlandırmağa çalışdı.
İndi Netanyahu daxili və xarici təzyiqlər altında danışıqları bərpa etmək məcburiyyətində qalsa da, görünən odur ki, o, danışıqların irəliləyişində o qədər də maraqlı deyil və vaxt udmağa çalışır. Həm də belə ehtimallar var ki, Tramp Netanyahudan danışıqları davam etdirmək və müharibəni noyabrda keçiriləcək Amerika seçkilərinə qədər uzatmaq üçün Baydenin təzyiqinə boyun əyməməyi xahiş edib.
 
Source : SaharTV
Comment