Sionist İsrail rejiminin cinayətkar liderləri İran və Müqavimət qruplarının bu rejimin cinayətlərinə necə cavab verəcəyindən vahimədədirlər.
İşğalçı rejimin müharibə naziri Yoav Qallant bölgədəki müqavimət mehvərinin sarsıdıcı hücumlarından ehtiyat edərək, bu rejimin təəssübünü çəkən Qərb dövlətlərini İran və onunla müttəfiq qruplara qarşı koalisiya yaratmağa çağırıb.
Sionist rejimin Müharibə Nazirliyi də bir bəyanatda belə elan edib: “Qallant İngiltərənin müdafiə naziri Con Heyli ilə söhbətində İsraili müdafiə üçün koalisiya yaradılmasının vacibliyindən danışıb”.
Bu xəbərlər Müqavimət mehvərinin iki böyük şəxsiyyətinin qətli ilə əlaqədar müqavimət qruplarının cavab hücumu ehtimalına görə sionist rejimin tam hazırlıq vəziyyətində olduğu bir şəraitdə yayılır.
Göründüyü kimi Müqavimət mehvərinin şəhid İsmayıl Həniyyə və şəhid Fuad Şükürün həyatına qarşı son sui-qəsdlərə cavab verməklə hədələməsindən sonra sionist rejim üzərində psixoloji müharibə vəziyyəti hökm sürür.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Həniyyənin şəhadətinin ardınca bildirib ki, bu hərəkəti ilə cinayətkar və terrorçu sionist rejim özü üçün ağır cəzaya zəmin yaratdı və İran İslam Respublikası, ərazisində şəhid olanın qanının qisasını almaqğı özünə borc bilir.
Bu arada sionist rejimin İsmayıl Həniyyəni şəhadətə çatdıran terror aktı Təl-Əvivin regiondakı cinayətlərinin müttəfiqi və şəriki olan ABŞ ilə qarşıdurmada müqavimət qruplarının birliyinə və daha sıx əməkdaşlığına səbəb olmuşdur.
Livanın Hizbullahı və Müqavimət qruplarının işğal olunmuş ərazilərdəki əməliyyatları da onların sionist rejimlə qarşıdurmaya tam hazır olduqlarını göstərir.
Əlbəttə ki, sionist rejimin rəhbərləri regionda gərginlik və böhranın əsas səbəbkarı olduqlarına görə, indi öz əməllərinin nəticələrindən narahat olmalıdırlar.
Bundan əvvəl İran İslam Respublikası sionist rejimin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olaraq “Doğru Vəd” əməliyyatında təcavüzkarları cəzalandırmaq üçün müxtəlif vasitələrə malik olduğunu göstərdi. Son durum göstərir ki, İran sionistlərin pis əməllərinə bu dəfə daha sərt reaksiya verəcəkdir.