Sionistlərin əks miqrasiyasında görünməmiş artım müşahidə olunur - TƏHLİL
Story Code : 1147490
İsrail mediası işğal olunmuş ərazilərdən başqa ölkələrə mühacir axınının artdığını xəbər verir.
Bu məlumata əsasən, Britaniya və Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə Fələstin torpaqlarını qəsb edən və fələstinlilərə məxsus torpaqlarda saxta dövlət quran sionist rejimin həmişə ən mühüm problemlərindən biri əhali böhranı olub. Bu rejim öz əhalisinin problemini həll etmək üçün daha çox firavanlıq vəd edərək dünyanın hər yerindən yəhudiləri işğal olunmuş ərazilərə köçməyə təşviq etməyə çalışırdı. Başqa sözlə desək, işğal olunmuş Fələstinə köç sionist düşüncəsinin təməl daşıdır. Ona görə də işğalçı rejim son illərdə mövcud əhalini saxlamaqla yanaşı, şirnikləndirmək yolu ilə dünyanın digər bölgələrindən olan yəhudiləri də işğal altındakı Fələstinə cəlb etməyə çalışıb. Lakin dünyanın hər yerindən yəhudilərin işğal olunmuş ərazilərə köçü sionist rejim üçün qüdrət yaratmaqdansa daimi problemə çevrilib və zaman keçdikcə əks miqrasiya şəklində özünü büruzə verir.
Araşdırmalara görə sionist mühacirlərin işğal olunmuş torpaqlardan tərs köçünün müxtəlif səbəbləri var. Ən mühüm səbəblərdən biri İsrail rejiminin Fələstin və Livana qarşı çoxsaylı müharibələr aparmasıdır. Qəzzədə davam edən müharibə də əks köçün intensivləşməsi üçün mühüm amilə çevrilib. Bu arada tərs miqrasiya fenomeni sionist rejimdə daxili böhranların cəmləşməsi səbəbindən uzun müddət əvvəl başlasa da, “Əl-Əqsa Tufanı” əməliyyatı və Qəzzə müharibəsindən sonra daha da güclənib. Əslində, “Əl-Əqsa Tufanı” əməliyyatından sonra sionistlərin problemləri ikiqat artıb və Qəzzə müharibəsinin davam etməsi iqtisadi böhran və təhlükənin artmasına səbəb olub. Və sionistlər Fələstin torpaqlarından çıxıb getməyi özləri üçün çıxış yolu görürlər.
İsrail mediası yazır ki, ötən il oktyabrın 7-də Qəzzə müharibəsi başlayandan bəri mühacirət etmək istəyi üç dəfə artıb.
Beləliklə də Fələstin torpaqlarının öz sahiblərinə qaytarılması üçün geri sayımın başlandığı artıq günün aktual məsələsinə çevrilir.