0
Wednesday 5 June 2024 - 14:41

SOCAR-dan gözlənti

Story Code : 1139844
SOCAR-dan gözlənti
İstanbulda sionist İsrail rejiminin Fələstin xalqına qarşı qətliamından qəzəblənən eyni zamanda Türkiyə prezidentinin bu rejim ilə ticarət əlaqələrinin dayandırılmalı olduğuna dair bəyanatlarından təsirlənən gənclər, SOCAR-ın İstanbul ofisi qarşısına toplaşaraq cinayətkar rejimin enerji ilə təmin olunmasına öz etirazlarını bildirdilər.SOCAR bu etiraza cavab olaraq bir bəyanatda ümumiyyətlə bu şirkət tərəfindən İsrailə neft tədarükünü inkar etdi və Azərbaycan neftinin sadəcə təchizatçı şirkətlərə satıldığını bildirdi:“
Təchizatçı şirkətlərin xam nefti hansı ölkələrə göndərdiklərini və ya ondan hansı məqsədlər üçün istifadə etdiklərinə nəzarət etmək və ya müdaxilə etmək imkanı yoxdur”,- deyən SOCAR dolayısı ilə işğalçı rejimə neft satışının düzgün olmadığını etiraf etmiş oldu. SOCAR-ın bəyanatından belə bir nəticə də çıxarmaq olur ki, bu şirkətin öz neftinin kimlər tərəfindən və necə istifadə edilməsinə müdaxilə imkanı olsaydı neftin İsrailə daşınmasına mane olardı.İsrailə neft tədarükünə qarşı aksiya keçirən gənclər sabahısı gün saxlanıldılar ancaq həmin gənclər Türkiyə prezidentinin İsrail və fələstinlilər barədə tez tez etdiyi çıxışlarına tam uyğun hərəkət etmişdilər.
Həmin çıxışlar hər gün davam edir və son nümunədə,İyunun ikisində Rəcəb Təyyib Ərdoğan hakim partiyanın toplantısında bir daha fələstin məsələsinə diqqət çəkərək İsrailin cinayət törətdiyi fələstinlilərin əslində Türkiyəni də müdafiə etdiklərini dedi. “Həmas eyni zamanda Anadolunu da müdafiə edir” deyən ərdoğan Fələstin xalqına qarşı 76 ildir davam edən zülm və işğala diqqət çəkdi.Həmin çıxışında Ərdoğan “Bütün imkanlarımızla Fələstin xalqının yanında dimdik dururuq və duracağıq.
İsrailə qarşı iqtisadi təzyiqləri gücləndirmək üçün çoxcəhətli təşəbbüslər həyata keçiririk” demişdi.SOCAR-ın qarşısında etiraz edən gənclər də məhz həmin təzyiqlər istiqamətində qatil sionistləri enerji ilə təmin etməməyə çağırmışdılar. Ancaq nədənsə Ərdoğanın mövqeyini dəstəkləyən bu gənclər həbs edildilər.
Ən çox kapitalını Türkiyəyə yatıran SOCAR da yaxşı olardı Rəcəb Təyyib Ərdoğanın mövqeyinə dəstək verərdi və nəfəsdən düşən cinayətkar İsrail rejiminə töhfə verməmək üçün konkret addımlar atardı. Ən azından nəzərə almaq lazımdır ki, bu gün bəşəriyyətin vicdanı qəsibkar rejimin cinayətlərinə görə son dərəcə qəzəblidir.
 
Source : SaharTV
Tagged
Socar
Comment