0
Monday 29 April 2024 - 08:31
Amerikalı tələbələrin anti-İsrail hərəkatına beynəlxalq dəstək

BMT Qəzzəyə dəstək nümayişlərini himayə edir - TƏHLİL

Story Code : 1131862
BMT Qəzzəyə dəstək nümayişlərini himayə edir - TƏHLİL
BMT-nin sözçüsü Stefan Dujarric bildirib ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi söz azadlığını, o cümlədən ABŞ-da insanların dinc şəkildə etiraz etmək hüququnu dəstəkləyir və onun qəti tərəfdarıdır.
Sionist rejimin Qəzzədə törətdiyi cinayətləri pisləmək məqsədilə ABŞ-da tələbə etirazlarının misli görünməmiş səviyyədə genişlənməsindən Bayden administrasiyası və baş nazir Benyamin Netanyahunun narazılığına baxmayaraq Birləşmiş Millətlər Təşkilatının ABŞ-da dinc etirazlara dəstək verməsi məzlum xalqa beynəlxalq dəstəyin yeni mərhələyə daxil olduğunu göstərir.
Qeyd edək ki, ABŞ-da sionist rejimin Qəzzə zolağındakı cinayətlərinə qarşı tələbə etirazlarının genişlənməsi ilə sionist rejimin baş naziri Benyamin Netanyahu Amerika universitetlərində fələstinlilərin tərəfdarlarını antisemitist adlandırıb. Lakin bu ittihamın özü belə ABŞ-da tələbələri ikiqat qəzəbləndirib.
Maraqlıdır ki, Amerika insan haqları və insan azadlıqlarının, o cümlədən söz azadlığının əsas iddiaçılarından biri kimi dəfələrlə ABŞ daxilində İsrailə qarşı fikir bildirilməsinin, nümayiş və etiraz aksiyalarının keçirilməsinin qarşısını alıb. Bu, onu göstərir ki, söz azadlığı məsələsinə yalnız ABŞ hökuməti o zaman icazə verir ki, bu, Vaşinqton və onun müttəfiqlərinin, xüsusilə sionist rejimin siyasətlərini dəstəkləməyə uyğun olsun.
Təbii ki, Amerikanın ikili standartları təkcə söz azadlığı sahəsində deyil, insan haqları sahəsində də doğrudur. İsrail ordusu tərəfindən qəzzəlilərə qarşı soyqırımla bağlı təkzibedilməz dəlillərin olmasına baxmayaraq, Vaşinqton hələ də Qəzzədə hər hansı soyqırımın baş verdiyini inkar edir.
Bu elə bir haldadır ki, Avropa Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı Qəzzə zolağında 140-dan çox kütləvi məzarlığın aşkar edilməsinə toxunaraq, bu məzarlarda fələstinlilərin çoxunun cəsədlərinin parça-parça olduğunu və bu dəhşətli cinayətlə mübarizə üçün beynəlxalq istintaq komitəsinin yaradılmasının vacibliyini açıqlayıb.
Digər tərəfdən, sionist rejim Qəzzə əhalisini qəsdən aclıqdan öldürməklə bölgədə süni qıtlıq yaradır, lakin Bayden hökuməti bu cinayətlərə məhəl qoymur və İsrail tərəfindən insan haqları pozuntularının davam etməsinin qarşısını almaq üçün hər hansı təsirli tədbir görməkdən çəkinir.
Beləliklə, ABŞ hökuməti Qəzzədə fələstinlilərə qarşı misli görünməmiş cinayətlərdə İsrailin birbaşa tərəfdaşı hesab edilir və bu məsələ ölkə daxilində insanları Bayden hökumətinə qarşı ayağa qaldırıb.
 
Source : SaharTV
Comment