Sionist rejimin və ABŞ-ın təxribatı cavabsız qalmayacaq
İranın çəkindirici gücü regionda sabitlik faktorudur - TƏHLİL
Story Code : 1128286
İran İslam Respublikası son illərdə regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasında təsirli rol oynayıb və Qərbin dəstəklədiyi terrorçu qrupların iflasa uğraması İranın regionun təhlükəsizliyini təmin edən hərəkətlərindən olub. İranın müdafiə qabiliyyəti Birləşmiş Ştatların İraq, Əfqanıstan, Suriya və regionun digər ölkələrində gərginlik yaradan bir çox hərəkətlərini zərərsizləşdirib.
İran İslam Respublikasının hakimiyyət orqanları həmişə vurğulayırlar ki, Müqavimət qrupları sionist işğalçı rejimlə qarşıdurma üçün qanuni əməliyyatlar həyata keçirirlər və bu rejim regiondakı çirkin hərəkətlərinin bədəlini ödəyəcək. İranın çəkindirici gücü isə əvvəlki illərdə olduğu kimi regionda sabitliyin bərqərar olmasında həlledici rol oynayacaqdır.
İran İslam Respublikası hələ 2020-ci ildə İraqın Eyn əl-Əsəd şəhərindəki amerikan hərbi bazasına raket hücumu ilə öz çəkindirici gücünü nümayiş etdirdi. Görünən budur ki, İranın əməliyyat və strateji imkanları təhlükə amillərini cəzalandırmaq və onlarla mübarizə aparmaq üçün çox yüksəkdir və sionist rejim regionda qeyri-sabitlik və xaosun əsas səbəbkarı kimi gərginlik yaradan hərəkətlərinin bədəlini ödəyəcək.