0
Tuesday 9 April 2024 - 11:28

İnqilab rəhbəri tələbələrə olduqca dəyərli tövsiyələr ediblər

Story Code : 1127688
İnqilab rəhbəri tələbələrə olduqca dəyərli tövsiyələr ediblər
İslam İnqilabının Böyük Rəhbəri bugünküdən daha yaxşı sabahı ölkənin və quruluşun əsas məqsədi adlandırıblar. Tələbələri və tələbə qurumlarını ölkənin maddi və mənəvi cəhətdən geriyə dönüş olmadan irəliləyişi və bu əsas məqsədin reallaşması üçün cürbəcür həll yolları təqdim etməyə çağıran İnqilab Rəhbəri bildiriblər ki: Elm adamının yetişdirilməsi, elmin istehsalı və bu iki fenomenin istiqamətləndirilməsi, universitetin üç əsas vəzifəsidir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei universitetlərin elmi, mədəni, ictimai və siyasi qurumlarının nümayəndələri və tələbələrlə görüşdə tələbə mühitinin təbiətini şad, canlı, çox həyəcanlı, tələbkar və şövqyaradan adlandırıb və əlavə ediblər: Hər bir təklif dərin analitik və təfəkkür dərinliyinə malik olmaqla yanaşı, gerçək və püxtələşmiş olmalı və problemlərin düyününün açılmasına kömək etməlidir.
Həzrət Ayətullahuluzma Xamenei builki ramazan ayını cəmiyyətdə mənəvi cəhətlərin özünü göstərməsi, o sıradan tilavət mərasimlərinə rəvac verilməsi baxımından yaxşı ay adlandırıblar və bu ayda əldə olunan paklıq və nuraniliyin qorunmasını tələbələrə tövsiyə etməklə buyurublar: Bu hədəfin reallaşmasının əsas yolu, günahdan çəkinməkdir.
İslam İnqilabının Böyük Rəhbəri bəzi işlərin günah olmasından qəflətə qapılmanı onların törədilməsinin səbəbi adlandırıb və deyiblər: Virtual mühitdə diqqət və araşdırma olmadan həyata keçirilən bəzi yazı və söhbətlər düşüncəli günahın bariz nümunəsidir və şəxs mütləq Allah-Taalanın dərgahında cavabdeh olmalıdır.
Həzrət Ayətullahuluzma Xamenei tələbəni/ gələcəyi olan “elm, fikir və təfəkkür” əhli, həmçinin gənc, çox qüdrətli və çox stimullu bir amil adlandırıb və bildiriblər ki: Bu özəlliklərə əsasən, tələbələrdən gələcəyə qarşı fəal və həssas olmaları təvəqqe edililr.
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: İran İslam Respublikasının amalları “ölkənin islami tərzdə idarə olunması” və “bir ölkənin yaxşı şəkildə idarə olunması istiqamətində dünya xalqlarrına meyarın təqdim edilməsi” kimi iki ümumi ad altında xülasə olur ki, tələbələr fikir və mütaliə yığıncaqları və mərasimlərində, həmçinin inqilaba inanan mütəfəkkirlərlə əaqələrdə bu iki adın həyata keçməsi yollarının müxtəlifliyi istiqamətində işləməli və səy göstərməlidirlər.
O həzrət əlavə ediblər: Ölkənin islami üslubda idarə olunması, yəni geriyə dönüşü olmayan intensiv maddi və mənəvi tərəqqi yolunda durmaq; ictimai rifah, cismani və əxlaqi təhlükəsizlik, elmi inkişaf, sağlamlığın genişənməsi, cəmiyyətin gənc saxlanılması,/ müxtəlif quruculuqlar, yeniliklər və ədalət maddi inkişafın əsas sərlövhələrindəndir.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin biliyi universitetin əsas dayağı adlandırıblar.
Universitetin “elm adamının yetişdirilməsi”, “elm istehsalı” və “elm adamının yetişdirilməsi və elm istehsalının yönləndirilməsi” kimi üç əsas vəzifəsinə təkid edən İnqilab Rəhbəri söyləyiblər: Dünya universitetləri üçüncü vəzifədə, yəni “elm adamının yetişdirilməsi və elm istehsalının yönləndirilməsi” vəzifəsində problemlə üzləşirlər və elə buna görə də  onların məhsulları sionist və imperialist güclərin əllərində alətə çevrilirlər.
Universitetin bütün dayaqlarına, o sıradan müdirlər, müəllimlər, tələbələr və bu üç mühüm vəzifə ilə bağlı dərs mətnlərinə təkid edən İnqilab Rəhbəri İranın beynəlxalq etibarının mühüm hissəsinin/ ölkənin elmi və texnoloji irəliləyişlərinə borclu olduğunu bildirib və qeyd ediblər ki: Bu etibarın qorunması ilə ölkəni elmi cəhətdən zənginləşdirmək lazımdır. Əlbəttə, imperialist güclər İran üçün bu qüdrət və etibarı bəyənmirlər.
 
Source : SaharTV
Comment