Ali Məqamlı Rəhbərin baş siyasi müşaviri Rusiyada törədilmiş terror aktına münasibət bildirib;
“Moskva terroruna görə ABŞ və müttəfiqləri məsuliyyət daşıyır” - TƏHLİL
Story Code : 1124962
Doktor Əli Əkbər Vilayəti yazır: ABŞ başda olmaqla qəddar və qatil rejimlərin cinayətkar əlləri amerikan istehsalı olan İŞİD-i vəhşi və dinsiz bir qrup olaraq zorakılıq və istilaçılıq alətinə çevirməklə onun əli ilə dünyanın ayrı-ayrı yerlərində misli görünməmiş cinayətlər törədirlər ki, nəyin bahasına olursa-olsun öz məşum məqsədlərinə çata bilsinlər.
Bu tip hərəkətlər birinci dəfə İslami oyanış hərəkatına və Qərbi Asiyada müqavimət cəbhəsinin formalaşmasına qarşı İraq və Suriyada müşahidə olundu və onlar bədnam ekstremistlərin əli ilə İslam adı altında dəhşətli cinayətlər törətdilər.
Bu şeytani plan çoxməqsədli hədəflər üçün nəzərdə tutulmuşdur; Əsasən də, müsəlmanları gözdən salır və İslam müqəddəsliklərini ləkələyir.
Lakin şəhidlər general Süleymani və Əbu Mehdi Əl-Mühəndisin rəşadətləri nəticəsində müqavimət cəbhəsi İraq və Suriyada İŞİD-i məğlub edə bildi. Sonra isə 6-9 min nəfər arasında olan məğlub olmuş İŞİD-in qalıqları ABŞ-ın dəstəyi ilə Fəratın şərqində Suriyada sığınacaq tapdı və Amerika siyasət mütəxəssislərinin proqnozlarına görə, onlar ABŞ, sionistlər və ingilislərin piyadalarıdır. Bu qruplaşmadan təkcə müsəlmanlara və müqavimət cəbhəsinə qarşı deyil, həm də onlar Rusiyada da bu şər alətdən öz məqsədlərinə çatmaq üçün faydalanmağa başlayıblar.
Gürünən budur ki, Qəzzədə və Fələstində minlərlə günahsız kişi, qadın, uşağı qətlə yetirərək dünyanın gözü qarşısında ən amansız cinayətləri törədən Amerika və İsrail kimi şər qüvvələr İŞİD-i qoruyub bəsləməklə, onlardan alət kimi istifadə edir, istədikləri yerdə belə qanlı hadisələr törədirlər, buna görə də bu son cinayətdə məsuliyyət daşıyan və ictimai rəy qarşısında cavabdeh olan tərəf Amerika və onun müttəfiqləridir.
Amerikalılar bilməlidirlər ki, sionist rejimi dəstəkləməklə Fələstinin müdafiəsiz xalqının qətliamı, Ukraynanın dağıdılması və Rusiyadakı son qırğın onların problemini həll etməyəcək, əksinə daha da mürəkkəbləşəcək və Amerika bu kobud siyasətlər nəticəsində şübhəsiz ki, hər gün zəifləyəcək.