0
Saturday 9 March 2024 - 15:55
Qaniçən rejimin müharibəsi onun özünə də ağır başa gəlir

Qəzzə müharibəsi hansı nəticələri ortaya qoydu? - TƏHLİL

Story Code : 1121401
Qəzzə müharibəsi hansı nəticələri ortaya qoydu? - TƏHLİL
Qəzzə müharibəsinin başlanmasında 155 gün keçir. Bu müddət ərzində İsrail rejimi soyqırımını davam etdirərək 30 mindən çox fələstinlini şəhid edib, 72 min nəfər isə yaralanıb. Həmçinin Qəzzənin infrastrukturu tamamilə məhv edilib, bölgədə aclıq hökm sürürür. Lakin bu dəhşətli nəticələrə baxmayaraq, Qəzzə əhalisinin sionist rejimin cinayətlərinə qarşı müqaviməti azalmayıb.
Fələstin İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd Əl-Həndi bununla bağlı deyib: “Sionist rejim müqaviməti məhv edə bilmədi və Qəzzədəki əsirlərini geri qaytara bilmədi”.
Əlbəttə ki, sionist rejim qarşıya qoyduğu məqsədlərinin heç birinə çatmayıb, üstəlik daxili böhranı daha da dərinləşibdir. Məsələn rejimin döyüş kabineti daxilində çaşqınlıq, fikir ayrılığı və gərginlik ictimailəşib. İşğal olunmuş ərazilərdə nümayişlər artıb və etirazçılar Netanyahunun başçılıq etdiyi hökumətin buraxılmasını tələb ediblər.
Bundan əlavə, sionist rejimin iqtisadi problemləri, xüsusilə işsizlik də artıb və işğal olunmuş torpaqlardan əks miqrasiya genişlənib.
Bu arada Yəmən işğal olunmuş ərazilərə gedən gəmilərə qarşı hücumlar həyata keçirərək, bu gəmilərin hərəkətinin qarşısını almaqla İsrailin iqtisadiyyatını iflic vəziyyətə salıb.
Livan Hizbullahı isə şimal cəbhəsindəki hücumlari ilə sionist rejimin diqqətinin bir hissəsini şimal cəbhəsinə yönəltməyə müvəffəq olub və işğalçı rəjimə sarsıdıcı zərbələr endirməkdə davam edir.
Qlobal olaraq Qəzzə müharibəsində ABŞ və üç Avropa dövləti yəni İngiltərə, Almaniya və Fransa sionist rejimin soyqırımını rəsmən dəstəklədikləri üçün əsas uduzan tərəflər oldular. Amerika Qəzzədə müharibənin dayandırılması üçün BMT Təhlükəsizlik Şurasında təklif olunan bütün qətnamələrə veto qoydu və rəsmi olaraq iddia etdi ki, sionist rejimin gördüyü işlər qanuni müdafiədir.
Birləşmiş Millətlər Təşkilatı da müharibəni dayandıra bilmədiyi üçün bu müharibədə ən böyük uduzan tərəf oldu. Halbuki, BMT Təhlükəsizlik Şurasının ən mühüm vəzifəsi dünyada sülh yaratmaqdır, ancaq veto hüququ bu şuranın Qəzzədə müharibəni dayandırmaq üçün heç bir nailiyyət əldə etməməsinə səbəb oldu.
Beləliklə də müharibə artıq altıncı ayına qədəm qoyub və onun başa çatması üçün aydın perspektiv yoxdur.
 
Source : SaharTV
Tagged
qəzza təhlil
Comment