İranlıların seçkilərdə iştirakı mühüm siyasi addım oldu
İran xalqı ABŞ-ın müdaxiləçi mövqeyinə cavab verdi - TƏHLİL
Story Code : 1120005
İranda əvvəlki seçkilərdə olduğu kimi seçkilərə bir neçə gün qalmış Amerika rəsmiləri müdaxilə xarakterli bəyanatlarla iddia edirdilər ki, İrandakı seçkilər şou xarakteri daşıdığı üçün xalq onları birmənalı qarşılamır.
Amerika rəsmiləri, o cümlədən Dövlət Departamentinin sözçüsü və bu ölkənin İran məsələləri üzrə nümayəndəsi son günlər müdaxilə xarakterli bəyanatlarla İranın seçki sistemini şübhə altına almağa çalışdılar və seçkilərin guya azad və ədalətli olmayacağını iddia etdilər. Lakin ABŞ rəsmilərinin müdaxilə xarakterli bəyanatları və onların insanları seçkilərdə iştirakdan çəkindirmək cəhdləri alınmadı və bu seçkilərdə 25 milyona yaxın iranlının iştirakı müxaliflərin məğlubiyyətindən xəbər verir.
Əslində İran xalqı bütün iqtisadi təzyiq və məişət problemlərinə baxmayaraq, ölkəni qürurlandırmaq və inkişaf etdirmək məqsədi ilə seçkilərdə şövqlə iştirak etməyə və İslam quruluşunu zəiflətmək üçün fitnələrin qarşısını almağa nail oldu.
İran xalqının seçkilərdəki ən mühüm mesajı bu oldu ki, iqtisadi və sosial narazılıqlar mühüm olsa da, xalq öz dövlətçiliyini müdafiə edir və hər bir şəraitdə ləyaqətini, milli maraqları qoruyur, düşmənlərə yox deyəyi bacarır.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei seçkilərdə iştirak etdikdən jurnalistlərə açıqlamasında bildirdi ki, “hazırda dünyada bir çox insanın gözü İrandadır. Həm dostlarımız, həm İran xalqı ilə maraqlanan insanlar, həm də bədxahlar; Bu səbəbdən də seçkilərdə iştirak etməklə dostları sevindirəcəyik, bədxahları isə məyus edəcəyik”.
Beləliklə də İnqilab Rəhbərinin bu mesajı İran xalqının düsturuna çevrildi.