BMT Yaxın Şərq məsələlərində İrana güvənir – TƏHLİL
Story Code : 1115939
Antonio Quterreş mətbuat nümayəndələri ilə söhbətində xunta İsrail rejiminin Qəzzəyə hücumlarının artmasından sonra bölgədə gərginliyin geniş miqyas almasına toxunaraq deyib:
“Hamımız regionda və Qırmızı Dənizdə gərginliyi azaltmaq üçün əlimizdən gələni etməliyik”.Xatırladaq ki, oktyabrın 7-dən bu yana İsrail ordusunun Qəzzəyə hücumları nəticəsində 28 minə yaxın fələstinli şəhid olub.Sionist hücumlarının genişlənməsi və Amerikanın bu rejimin cinayətlərinə dəstəyi ilə Livan, İraq, Suriya və Yəməndəki müqavimət qrupları Fələstin xalqına dəstək olaraq, sionist rejim və ABŞ-ın bazalarını hədəfə alıblar. Bölgədəki müqavimət qrupları bildirirlər ki, sionistlər fələstinli mülki əhaliyə qarşı qəddar hücumlarını davam etdirənə qədər, sionistlərin və onların havadarlarının mövqelərini hədəfə alacaqlar.Bu səbəbdən sionistlərin atəşkəsə qarşı çıxması, bunun ardınca bölgədə, xüsusən də Qırmızı Dənizdə gərginliyin artması və beynəlxalq ticarətin pozulması BMT baş katibinin narahatlığına səbəb olub.
Bununla bağlı Quterreş böhranın regionda yayılması riskindən narahatlığını ifadə edib və Tehrandan konstruktiv rolunu oynayaraq regionda sabitliyin bərqərar olması istiqamətində səylərini ikiqat artırmasını xahiş edib.Əslində, nə qədər ki, sionistlər Fələstin xalqının hüquqlarının müdafiəsi və Qəzzədə atəşkəsin yaradılması ilə bağlı beynəlxalq qətnamələrə məhəl qoymurlar, problemlər çözülməyəcək.Bu nöqteyi-nəzərdən, əgər beynəlxalq ictimaiyyət və BMT həqiqətən də gərginliyin sona çatması və regiondakı böhranın kökündən həllini düşünürsə, ilk növbədə bütün mümkün imkanlardan istifadə edərək, Qəzzədə atəşkəsin yaradılmasına çalışmalıdır.