0
Tuesday 30 January 2024 - 14:53

Azərbaycan rüşvət verməklə salamın cavabını almaq istəyib

Story Code : 1112600
Azərbaycan rüşvət verməklə salamın cavabını almaq istəyib
“Spiegel” qəzeti rəsmi orqanlara istinadən yazır ki, Münhen Prokurorluğunda məmurların rüşvətxorluq və korrupsiyada şübhəli bilinməsi ilə bağlı ittiham irəli sürülüb.
Bildirilir ki, Fişer və Lintnerə qarşı iş Almaniya Xristian Demokrat İttifaqının (CDU) üzvü Karin Strenzlə də bağlıdır.
Lakin Strenz 2021-ci ildə tətildən qayıdarkən gözlənilmədən vəfat edib.
Adıçəkilən şəxslərin Azərbaycandan külli miqdarda pul qəbul etdiyi bildirilir.
Dövlət ittihamçısı Lintneri Azərbaycandan pul almaqda və onu parlament üzvlərinə, o cümlədən Strenzə ötürməkdə ittiham edir.
Xəbərdə deyilir ki, pul müqabilində deputatlar Azərbaycanın maraqlarına uyğun qərarlar verməli imişlər. Bu, Avropa Şurası Parlament Assambleyasında səsvermənin nəticələrinə xüsusi təsir etməli idi.
Prokurorluğun məlumatına görə, Strenz pul müqabilində “Azərbaycanın tələblərinə uyğun hərəkət edəcəyini” vəd edib.
İttiham ondan ibarətdir ki, Fişer də pul müqabilində Bakının maraqlarından çıxış edib.
Bildirilir ki, o, Karin Strenz üçün 150.000 avro rüşvət alıb.
Bundan sonra Fişer Azərbaycanın müdafiəsinə qalxıb.
“Hər halda, bir dəfə AŞPA iclasında Azərbaycanın lehinə səs verdi”, – deyə xəbərdə vurğulanır.
Bunun üçün isə deputatın 2016-cı ildə Bakıdan 21 800 avro rüşvət aldığı qeyd olunur.
Onun əvvəllər də Azərbaycandan rüşvət aldığı deyilir.
İttifaqdan olan digər siyasətçilərin də Azərbaycana qeyri-adi yaxınlığı ilə diqqət çəkdiyi bildirilir. Lakin onlara qarşı hələ ki heç bir ittiham irəli sürülməyib.
 
Source : SaharTV
Comment