0
Thursday 11 January 2024 - 09:55

Parislə Bakı arasında casus böhranı

Story Code : 1108365
Parislə Bakı arasında casus böhranı

"Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə rəsmi Parisin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlamasına raksiya verərkən deyib.  
"Fransa Respublikasının vətəndaşı Martin Rian 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq" - A.Hacızadə bildirib.
 
Bazar ertəsi Azərbaycanın hökumətyönlü KİV-lərindən biri Bakıda həbs olunan "fransız casuslar"dan birinin adını açıqlayıb. Hökumətyönlü KİV bu informasiyasının mənbəyi kimi  erməni əsilli fransız jurnalist Leo Nikolyanın Tvitterdə dərc etirdiyi yazını göstərib və bildirib ki, həmin şəxs  "Merkorama" özəl şirkətinin rəhbərlərindən biri olan Martin Ryandır.
Rəsmi Bakı sadəcə bu məlumata Parisin raksiya verməsindən sonra onu təsdiqləyib. 
"Merkorama" şirkəti 2020-ci ilin oktyabrından Bakıda yerləşir, qida məhsulları və xammal idxalı üzrə ixtisaslaşıb. Sosial şəbəkələrdəki məlumatlara görə, bu şirkətdə 10 nəfərədək işçi işləyir və əsasən Azərbaycan vətəndaşlarıdır.
Şirkət həmçinin xarici şirkətlərin ixrac və Azərbaycanda müəssisələrin yaradılması məsələləri üzrə konsaltinqi, eləcə də İnfarmasiya Texnologiyaları, mühasibatlıq, hüquqi məsələlər və tərcümə sahəsində xidmətlərin göstərilməsilə məşğul olub.
Martin Ryana isə Makronun Azərbaycan siyasətini tənqid edən, daha çox Azərbaycanın tərəfini tutan şəxslər sırasına daxildir.
Azərbaycan Respublikası həmçinin Martin Ryanlə əlaqədə olan Fransanın Bakıdakı səfirliyinin iki diplomatını da "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb.
Daha əvvəl Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Azərbaycanda Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ifşa olunub. Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.
Qərb mətbuatında dərc olunan bu məlumat doğru olarsa Fransa ilə Azərbaycan Respublikası arasında casus böhranının daha geniş vüsət alacağı və bu iki ölkə əlaqələrinə ciddi zərbə vuracağı gözlənilir.
 
Source : SaharTV
Comment