Britaniya nəşri İrana qarşı hibrid müharibənin pərdəarxasından yazıb, Azərbaycana hansı rol tapşırılıb?
“Qadın, Həyat, Azadlıq” ABŞ-ın düşmən dövlətə qarşı müharibə şüarıdır - TƏHLİL
Story Code : 1033092
SəhərAzəri-nin məlumatına əsasən, Londanda nəşr olunan The Cradle məcmuəsi yazır: Vaşinqtonun son məqsədi öz rəqiblərini tabe olan müştəri dövlətlərə çevirmək və ya onları ABŞ hegemonluğuna daha müqavimət göstərə bilməyəcək dərəcədə zərərsizləşdirməkdir.
Birləşmiş Ştatın İrana qarşı düşmənçiliyinə gəlincə, bu dövlət uzun müddətdir ki, Qərbi Asiyada Tehranı zəiflətmək üçün sanksiyalar, sui-qəsdlər, kiberhücumlar və informasiya müharibəsindən həm birbaşa, həm də ABŞ-ın regional müştəri dövlətləri vasitəsilə istifadə etməyi nəzərdə tutur.
Onun planı ölkəni uzun sürən vətəndaş qarşıdurmasına sürükləməyə və ölkəni bölmək və talan etmək üçün Suriya modelini təkrarlamağa köklənib.
Bu, daha çox onunla bağlıdır ki, İranın hərbi imkanları misli görünməmiş həddə artıb, bu da həmin dövlətin NATO-nun Qərbi Asiyada ambisiyaları qarşısında müqavimət göstərməsinə səbəb olub. Nəticədə Vaşinqton Tehran qarşısında daha çox hibrid müharibə ssenarisinin icrasına üstünlük verir. Ona görə də Məhsa Əminin ölümündən sonra başlayan iğtişaşlara daha çox bu prizmadan baxmaq lazımdır.
Maraqlıdır ki, İrana qarşı hibrid müharibədə Azərbaycandan da faydalanırlar.
Mübahisə doğuran məqamlardan biri prezident İlham Əliyevin İran və Ermənistan arasında beynəlxalq sərhədləri dəyişdirmək üçün Turan dəhlizinin yaradılması cəhdləridir. İran Bakının Ermənistanın Sünik bölgəsinə müdaxiləsinə qəti şəkildə qarşı çıxıb və öz milli sərhədlərinin dəyişdirilməsinin qarşısını almaq üçün istənilən vasitələrdən istifadə edəcəyinə söz verib.
İranın “feminist” etirazlarının qızğın vaxtında Şirazda İŞİD terror aktı 15 nəfərin həyatına son qoyub. Cinayətkarın Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan Tehrana daxil olması üzə çıxandan sonra Bakı ilə Tehran arasında gərginlik daha da şiddətlənib. Hətta onilliklər ərzində İranda partlayışlar və sui-qəsdlər həyata keçirən münafiqlərin Bakıda olması barədə məlumatlar da var.
Əliyevin Albaniyaya son səfərindən sonra qeyri-rəsmi məlumatlara görə, həmin terror təşkilatı üzvlərinin Bakıya qismən köçürülməsi planları ola bilər. İran xəbərdarlıq edib ki, Azərbaycanın terrorçular və bədxah aktyorlar üçün təhlükəsiz sığınacaq olmasına icazə verilməsi müharibə aktı kimi qiymətləndiriləcək.