0
Tuesday 12 September 2023 - 07:35
Dağlıq Qarabağ ətrafında mübahisələr davam edir

Separatçıların yeni lideri Azərbaycanla dil tapacaqmı? - TƏHLİL

Story Code : 1081212
Related FileQondarma Dağlıq Qarabağ Respublikasında şənbə günü keçirilən seçkilərdə keçmiş “dövlət” naziri Samvel Şahramanyan parlamentin 23 səsindən 22-nin səsini toplayaraq “president” seçilib.
Bunun ardınca Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Qarabağda prezident seçkiləri Azərbaycan qanunlarının kobud şəkildə pozulması olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.
Qarabağda Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə Azərbaycan və Qarabağ ermənilərinin nümayəndələri arasında keçirilən görüşdə erməni icmasının nümayəndələrindən biri də Samvel Şahramanyan olub. Həmin vaxt o, qondarma respublikanın təhlükəsizlik naziri idi.
S.Şahramanyan parlamentdə etdiyi çıxışında bildirib ki, Dağlıq Qarabağ Laçın dəhlizi vasitəsilə Ermənistanla birbaşa əlaqə saxlamalıdır və Laçın dəhlizini heç nə əvəz edə bilməz.
Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Laçın dəhlizində mövcud vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir.
Bu arada Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ağdam şəhərində jurnalistlərlə söhbətində bəyan edib ki, Azərbaycan öz ərazisində heç bir boz ərazinin olmasını qəbul etmir.
Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycan Respublikası Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə danışıqlara başlandığını bildirsə də, bu proses davam etməyib. Dağlıq Qarabağın separatçı hökumətinin nümayəndələri keçirilən görüşlərin heç birində Azərbaycana inteqrasiya məsələsinin müzakirə olunmadığını bəyan ediblər.
Dağlıq Qarabağ münaqişəsi müxtəlif illərdə Azərbaycan və Ermənistan arasında münaqişəyə səbəb olub. 1994-cü ildə atəşkəs razılaşmasına qədər Azərbaycan Dağlıq Qarabağ regionu və ətraf 7 rayon üzərində nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad etdi. Buna baxmayaraq hazırda separatçılar mövcud reallıqlarla barışmaq və Azərbaycan Respublikasının tərkibində olmaq istəmirlər. Şahramanyanın isə Dağlıq Qarabağda dırnaqarası prezident vəzifəsinə seçilməsi Bakı ilə dil tapmaq deyil, ona meydan oxumaqdan başqa bir şey deyil. Bu da o anlama gəlir ki, Qarabağ münaqişəsi hələ bitməyib.
 
Source : SaharTV
Tagged
qarabağ
Comment


Related files