Related FileRəcəb Təyyib Ərdoğan İlham Əliyev ilə müştərək mətbuat konfransındakı çıxışı zamanı Azərbaycan üçün hər ailənin 5 uşaq gətirməsinin lazımlı olduğunu deyərkən İlham Əliyevə bunu təsdiq etməsi tələbi ilə müraciət edib. Azərbaycan Respublikası prezidenti də “çalışacağıq” cavabı ilə gülüşə səbəb olub.
Türkiyə prezidenti sonra əhalinin artmasının hərhansı ölkənin güclənməsinə səbəb olduğunu deyib.
Ərdoğanın Azərbaycan Respublikası prezidenti və nazirlərinə əhalinin sayının artmasının vacibliyini vurğulaması və bunu müəyyən qədər tələb və göstəriş formasında səsləndirməsi bəzilərinin diqqətini çəkib. Bəzi sosial şəbəkə istifadəçiləri Ərdoğanın bu açıqlamasını Azərbaycan Respublikasının prezidenti və dövlətini saya salmadan bu ölkə üçün ressept hazırlamaq kimi qiymətləndiriblər. Bəziləri isə Ərdoğanın bu istəyi ilə razılaşsalar da, Azərbaycan Respublikası hökumətinin hələ mövcud 10 milyonluq əhaliyə ölkədə yaşaması və ailə qurması üçün şərait yarada bilmədiyini diqqətə çəkiblər. Onlar işsizlik və yoxsulluğun Azərbaycan insanının evlənməsi və övlad gətirməsinə mane olduğunu deyir, orta təbəqənin isə təhsil və səhiyyədəki çatışmazlıqlara, bütün sahələrdə monopoliyaya görə, 1-2 uşaqla kifayətləndiklərini, varlı təbəqənin isə qərbin aşıladığı düşüncənin təsiri altında uşaq gətirməyə meyilli olmadığı, gətirdiyi uşaqları isə Azərbaycandan çıxardıqlarını xatırladırlar.