Bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo deyib. O qeyd edib ki, 2008-ci ildə Buxarest sammitində Kiyev və Tbilisinin üzvlüyünü nəzərdə tutan “açıq qapı” prinsipindən imtina etmək olmaz.
"Amma bunun Rusiya üçün “qırmızı xətt” olduğunu da bilirik”, - deyə nazir bildirib.
Ukraynanın NATO standartlarına keçidinin ləngidiyini söyləyən XİN başçısı Rusiyaya qarşı planlaşdırılan sanksiyaların ölkə iqtisadiyyatına mümkün mənfi təsirlərindən narahatlığını ifadə edib. /modern/