Tramp administrasiyası Əynul Əsədə hücum xəbərini senzura edibmiş
Story Code : 953023
Deyerler.org xəbər verir ki, Qardian qəzetinin yazdığına görə, Alissa Farah Trampın hücumda heç bir itki olmadığını iddia etdikdən sonra, Ağ Evdəki təzyiqlərdən bəhs edib və sonra xəsarətləri baş ağrısı və ciddi olmayan travmalar adlandırdığını və təzyiqlərdən necə qaçmağa çalışdığını izah edib.
Hesabata görə, nəhayət ABŞ qüvvələrinin yerləşdiyi İraqdakı iki bazaya 8 yanvar 2020-ci ildəki raket hücumunda 100-dən çox amerikalı əsgərin beyin travması aldığı məlum olub.
Qardianın yazdığına görə, raket zərbəsi nəticəsində yaralanan amerikalıların təxminən 80%-i bir neçə gün ərzində işə qayıda bilsə də, onlarla hərbiçi müalicə üçün Almaniyaya, sonra da ABŞ-a aparılmalı olub.
ABŞ-ın sabiq rəsmisi CNN-nin keçmiş jurnalisti Mişel Kosinski və İngiltərənin MI6 kəşfiyyat idarəsinin keçmiş rəhbəri Riçard Dirlov ilə müsahibəsində hücumu “həyatının ən ağır saatları” olaraq xarakterizə edib.
Daha sonra Ağ Evdə işləyən Farah belə deyib: “Tramp, hücumdan sonra itki olmadığını iddia edəndə, bu faktları prezidentə verdiyimiz vaxt haqlı idi. Düşünürəm ki, Ağ Ev hücumun uğurlu olmadığını və İranın hədəflərimizə zərər vermədiyini söyləməyə çalışanda hər şey sarsıldı. Çünki zərərlər çox idi.
Bu tədbirlər nəticədə ABŞ qüvvələrinə ciddi xəsarətlərlə nəticələnən hücumların sayının azalmasına səbəb oldu”.
O, Pentaqonun siyasətinin faktları gəldikləri və təsdiq edildikləri zaman açıqlanmalı olduğunu və bunun nəticəsində 2020-ci ilin yanvar ayında bildirilən ümumi qurbanların sayının artması Ağ Evi qəzəbləndirdiyini qeyd edib.
Keçmiş ABŞ rəsmisi daha sonra belə qeyd edib: “Ağ Evdən “bu barədə fərqli şəkildə məlumat verə bilərsinizmi? Hər on gündə və ya iki həftədə bir ola bilərmi və ya sonra ümumiləşdirmək olarmı? Neqativ reaksiyalar gəldi. Ağ Ev bu barədə mütəmadi olaraq məlumat verməməyimizi istərdi. Nəticəsdə az-az pis xəbərlər verildi”.