“İmam Rza (ə) müxtəlif dillərdə danışa bilirdi və Allaha and olsun, hər bir dil və ləhcədə hamıdan fəsahətli və bilikli idi. Bir gün o Həzrətə dedim: “Ey Rəsulullahın övladı! Mən sizin müxtəlif dillərlə tanışlığınızdan heyrətdəyəm!”
“Ey Əbu Səlt, mən Allahın məxluqatı üzərində “höccət”iyəm və O, dil bilməyən kəsi xalqa “höccət” seçməz. Məgər Əmirəlmöminin Əlinin (ə) bu kəlamını eşitməmisənmi: “Bizə “bitkin söz” (kamil xitabə) verilmişdir.” Bu isə dilləri bilməkdən başqa bir şey deyildir.” (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.228, hədis 3.)