NATO: “Qətiyyən ABŞ-ın İraqdakı rolunu üzərimizə alamayacağıq”
Story Code : 920708
Deyerler.org xəbər verir ki, Asia telekanalına açıqlama verən Olsen, belə deyib: “İraqdakı qüvvələrimiz 300-dən çoxdur, döyüşdən başqa bir vəzifəmiz var”.
Olsen qarşıdakı aylarda keçiriləcək görüşlər nəticəsində təlim verəcəkləri qurumların və məsləhətçilərin təyin ediləcəyini bildirib.
İraqın milli təhlükəsizlik müşaviri Qasım Əl-Aracinin ölkədəki NATO əsgər sayının artırılması üçün rəsmi müraciət etdiyini xatırladan Olsen, belə deyib: “NATO qətiyyən ABŞ-ın İraqdakı rolunu oynamayacaq”.
Digər tərəfdən, Olsen İraq hökumətinin NATO missiyasını hər hansı bir silahlı hədəfdən qorumaq üçün diqqət göstərdiyini qeyd edib.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenber fevralın 18-i belə demişdi: “Bu gün İraq qüvvələrinin terrorizmlə mübarizədə dəstəklənməsi və İŞİD-in geri dönməsinin qarşısını almaq üçün NATO-nun İraq missiyasını genişləndirməyə qərar verdik. Missiyamız 500 nəfərdən 4 minə çatacaq. Təlim fəaliyyətlərinə daha çox İraq qurumu ilə Bağdad xaricindəki bölgələr də cəlb ediləcək.