QR CodeQR Code

NATO: “Qətiyyən ABŞ-ın İraqdakı rolunu üzərimizə alamayacağıq”

Deyerler , 10 Mar 2021 15:27

İslamtimes - NATO-nun İraqdakı nümayəndəsi general-leytenant Pyer Olsen, qüvvələrinin ölkədəki orduya təlim və məsləhət verməyə davam edəcəyini, ancaq ABŞ qüvvələrinin rolunu qətiyyən üzərinə götürməyəcəyini söyləyib.



Deyerler.org xəbər verir ki, Asia telekanalına açıqlama verən Olsen, belə deyib: “İraqdakı qüvvələrimiz 300-dən çoxdur, döyüşdən başqa bir vəzifəmiz var”.
 
Olsen qarşıdakı aylarda keçiriləcək görüşlər nəticəsində təlim verəcəkləri qurumların və məsləhətçilərin təyin ediləcəyini bildirib.
 
İraqın milli təhlükəsizlik müşaviri Qasım Əl-Aracinin ölkədəki NATO əsgər sayının artırılması üçün rəsmi müraciət etdiyini xatırladan Olsen, belə deyib: “NATO qətiyyən ABŞ-ın İraqdakı rolunu oynamayacaq”.
 
Digər tərəfdən, Olsen İraq hökumətinin NATO missiyasını hər hansı bir silahlı hədəfdən qorumaq üçün diqqət göstərdiyini qeyd edib.
 
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenber fevralın 18-i belə demişdi: “Bu gün İraq qüvvələrinin terrorizmlə mübarizədə dəstəklənməsi və İŞİD-in geri dönməsinin qarşısını almaq üçün NATO-nun İraq missiyasını genişləndirməyə qərar verdik. Missiyamız 500 nəfərdən 4 minə çatacaq. Təlim fəaliyyətlərinə daha çox İraq qurumu ilə Bağdad xaricindəki bölgələr də cəlb ediləcək.
 


Story Code: 920708

News Link :
https://www.islamtimes.com/az/news/920708/nato-qətiyyən-abş-ın-iraqdakı-rolunu-üzərimizə-alamayacağıq

Islam Times
  https://www.islamtimes.com