0
Tuesday 23 February 2021 - 16:43

İran bu gündən BAEA müfəttişlərinin ölkədəki nüvə təsisatlarına nəzarət etməsini məhdudlaşdırdı

Story Code : 917941
İran bu gündən BAEA müfəttişlərinin ölkədəki nüvə təsisatlarına nəzarət etməsini məhdudlaşdırdı
Maide.Az  İran Televiziyasına istinadla xəbər verir ki, bu qanun Beynəlxalq Atom Enerjisi Agentliyinin  müfəttişlərinin İranın nüvə təsisatlarına nəzarət etməsini məhdudlaşdırır.
 
İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əldə olunan razılığa əsasən, İran 3 ay müddətinə ölkədəki nüvə obyektlərinə quraşdırılan kameraların görüntülərinin BAEA-nın nəzarəti olmadan özündə saxlayacaq bu məlumatları bütün sanksiyalar ləğv olduqdan sonra BAEA-a veriləcək. 
 
Qeyd edək ki, İran nüvə sazişinə əvvəlki qaydada qayıtmaq üçün bütün ABŞ sanksiyalarının dayandırılmasını tələb edir.
Source : Maide
Tagged
Iran nüvə
Comment