QR Code
İran bu gündən BAEA müfəttişlərinin ölkədəki nüvə təsisatlarına nəzarət etməsini məhdudlaşdırdı
Maide , 23 Feb 2021 16:43
İslamtimes - İran Parlamentinin “sanksiyaların zərərsizləşdirilməsi” ilə bağlı qəbul etdiyi qanun layihəsinə əsasən, rəsmi Tehran nüvə sazişində öhdəliklərin azaldılması istiqamətində nüvəsizləşdirmə konvensiyasının “əlavə protokol”un icrasının bu gündən dayandırıldığını elan edib.
Maide.Az İran Televiziyasına istinadla xəbər verir ki, bu qanun Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin İranın nüvə təsisatlarına nəzarət etməsini məhdudlaşdırır.
İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əldə olunan razılığa əsasən, İran 3 ay müddətinə ölkədəki nüvə obyektlərinə quraşdırılan kameraların görüntülərinin BAEA-nın nəzarəti olmadan özündə saxlayacaq bu məlumatları bütün sanksiyalar ləğv olduqdan sonra BAEA-a veriləcək.
Qeyd edək ki, İran nüvə sazişinə əvvəlki qaydada qayıtmaq üçün bütün ABŞ sanksiyalarının dayandırılmasını tələb edir.
Story Code: 917941
Islam Times
https://www.islamtimes.com