Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.
Nümayişçilər Buxari rejimindən təhlükəsizliyi təmin edə bilməməsi nəticəsində Şimali Nigeriyadakı baş vermiş sonuncu cinayətləri də qınayıblar.
“Zəkzəkiyə azadlıq” mitinqləri Nigeriyanın Abuca, Bauçi, Kaduna, Jos, Katsina, Seja, İllela, Daura, Sokoto, Kafançan, Neja, Lafiya, Jalinqo, Udava, Talatar mafara, Azare, Zaria, Yola, Yavuri, Roni, Zamfara, Birnin kudu, Samunaka, Mina, Hunkuyi, Mubi, Funtva, Kiyava, Malumfaşi, Kontaqora, Qombe, Uquvan ganye və Kano şəhərlərində keçirilib.