0
Sunday 31 May 2020 - 17:50

Bəqi məzarlığının vəhabilər tərəfindən dağıdılması

Story Code : 865809
Bəqi məzarlığının vəhabilər tərəfindən dağıdılması
Hicri təqvimi ilə 1344-cü il, şəvval ayının səkkizinci günü Ühüddə həzrət Həmzənin (ə) məzarı, vəhabilərin əli ilə dağıdıldı.  (Müstədrəkül-səfinətil-bihar: c.6, s. 65- 66)
Onlar İmamların (ə) pak məzarlarından əlavə digər məzarları da dağıtdılar ki, onlar aşağıdakılardan ibarətdir.
Həzrət Fatiməyə (ə.s) aid məzar, Fatimə binti Əsəd, həzrət Ümmü Bənin (ə.s), Peyəmbərin (s) oğlu İbrahim, həzrət İmam Sadiqin övladı İsmail, Peyğəmbərin (s) qızları, Peyğəmbərin (s) zamanında şəhid olmuş şəhidlərin məzarlarını.
Vəhabilər, hicri təqvimi ilə 1343 –cü il, Məkkədə həzrət Əbdül-müttəlibin, Əbi Talibin, Xədicənin və Peyğəmbərin doğulduğu məkanı dağıtdlılar. Mədinədə nurlu Nəbəvi günbədini topla vurdular. Amma müsəlmanların qorxusundan şərif məzarı dağıtmadılar. Hicri təqvimi ilə 1343-cü il, İmamların pak məzarlarını dağıtmaqla yanaşı o məzarların nəfis və qiymətli əşyalarını da yağmaladılar. Peyğəməbərin (s) ata –anası; Abdullah və Aminənin  məzarlarını dağıdıb, Həmzənin və Ühüd şəhidlərinin məzarlarını da, yerlə yeksan etdilər.
O il, Kərablaya da hücum edib,  pak zerihi sökdülər. Pak hərəmdə, o zamankı şahların gözündə çox dəyərli sayılan nəfis və qiymətli əşyaları qarət edib camaat arasından yeddi minədək alim, hikmət sahiblərini və seyyidləri öldürdülər. Sonra Nəcəfə getdilər. Amma orada qarət etməyə nail olmayıb uduzub qayıtdılar.  (Kəşfül-irtiyab:  s. 77 – Şühədaül-fəzilə: s. 388)
Tagged
bəqi
Comment