İdlib qəbiristanlığa çevrilə bilər – BMT-dən xəbərdarlıq
Story Code : 844121
Axar.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar İşlərin Əlaqələndirilməsi Departamenti məlumat yayıb.
“Ötən ilin dekabr ayından bəri əsasən qadın və uşaq olmaqla, 700 min nəfər İdlibdən köç edib. Bu, Suriyanın İdlib şəhərində yaşanmış ən böyük köç sayılır. Hazırda ən böyük köçlə qarşı-qarşıyayıq. İdlibin qəbiristanlığa çevrilməməsi üçün qarşıdurmalar dərhal dayandırılmalıdır”, - məlumatda bildirilib.