0
Wednesday 18 December 2019 - 10:04

Rusiyanın Baş Qərargah rəisi: ‘NATO genişmiqyaslı münaqişəyə hazırlaşır’

Story Code : 833616
Rusiyanın Baş Qərargah rəisi: ‘NATO genişmiqyaslı münaqişəyə hazırlaşır’
Maide.Az  “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelərlə görüşündə deyib.
 
“NATO-nun Baltikyanı ölkələrdə və Polşada, Qara və Baltik dənizlərinin sularında hərbi fəaliyyəti güclənir və alyansın hərbi təlimlərinin intensivliyi artır.
 
Onların ssenariləri NATO-nun genişmiqyaslı hərbi münaqişədə öz qüvvələrinin yerləşdirilməsi üzrə hazırlıqları göstərir. Brüsselin doktrinal sənədlərində isə Rusiyaya düşmən statusu verilib”.
 
General bildirib ki, 2016-cı ildən başlayaraq alyansa üzv ölkələr müdafiə xərclərini 130 milyard dollar artırıb və 2024-cü ilə qədər bu rəqəmin 400 milyard dollara qədər artırılması planlaşdırılır.
 
Onun sözlərinə görə, problemli məsələlərin həlli üçün Rusiya ilə NATO arasında qarşılıqlı əlaqəni bərpa etmək zəruridir.
Source : Maide
Tagged
nato rusiya
Comment