Yunanıstan NATO-nun Türkiyəyə qarşı çıxmasını istədi
Story Code : 830325
Yunanıstanın baş naziri bildirib ki, bu ölkə Türkiyə ilə uzun müddətdir davam edən konflikti həll etmək üçün NATO-nun Londonda baş tutacaq yeni sammitində koalisiya üzvlərindən Türkiyəyə qarşı mövqe sərgiləməyi tələb edəcək.
Associated Press-in verdiyi məlumata görə, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis deyib ki, Türkiyə Yunanınstan dövlətinin suverenliyini pozur. O Türkiyənin Liviya ilə Aralıq dənizində dəniz sərhədlərini məhdudlaşdırmaq barədə son razılığına işarə edərək bu addımın qərəzli olduğunu söyləyib.