Suriya prezidenti Bəşar Əsəd Amerikanın Suriya siyasətlərini tənqid edərkən deyib: ABŞ prezidenti dövlət başçısı kimi rəftar etmir. O özünü daha çox bir şirkətin icraçı direktoru kimi aparır.
Rusiya 24 şəbəkəsinə müsahibə verən Əsəd Ağ Dəbilqəlilərin başçısının Türkiyədə şübhəli şəraitdə ölümünə münasibət bildirərkən deyib: Bu daha çox qətlə bənzəyir və fərdi məsələ kimi araşdırılmamalıdır. Ben Laden, Əbubəkr Əl-Bağdadi kimi şəxslərin ölümü daha çox onlarda gizli məlumat olması ilə bağlıdır.