Neft mütəxəssisləri proqnozlaşdırır ki, Ərəbistanda Aramko şirkətinin təsisatları vuruldan sonra neftin qiyməti 10 dollar bahalaşa bilər. Bu dəfəki dron hücumunun özəllikləri vardı. Yəmən ordusu və xalq qüvvələrinin bu hücumu 3-cü hücum idi və ABŞ müdafiə sistemləri heç bir iş görə bilmədi. Ərəbistan müxalifətinin Yəmənlə həmkarlığı daha dəqiq zərbələr endirməyə şərait yaratdı. Bəs Pompeonun İranın adını hallandırması nə dərəcədə düzgündür, İran bu hücumda iştirak edib? İranın bu hücumda birbaşa rolunu tədiqləyəcək heç bir dəlil yoxdur, Pompeo həmişəki kimi ara qarışdırır. Amma İran ilham mənbəyidir. İran ABŞ dronunu vurmaqla bütün müqavimət cəbhəsini ilhamlandırıb və bunu inkar etmək olmaz.