“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, bunlar Konyadan olan deputat Ömər Ünal və Ağrıdan olan keçmiş millət vəkili Cesim Gökçedir. Ünal və Gökçe e-dövlət üzərindən istefa veriblər.
Xatırladaq ki, dünən Feramüz Üstün, Müftir Cengiz də AKP-dən istefa etdiklərini sosial şəbəkə vasitəsilə bildirmişdilər. Bu istefalardan sonra Davudoğlunun yeni partiya qurmaq üçün işlərini sürətləndirdiyi və 2 ay ərzində yeni partiya quracağı iddia edilir.