İraq Fəth koalisiyasının parlament nümayəndəsi Əbdüləmir Əl-Miyahi baş nazir Əbdül-Mehdiyə ABŞ və İsrailin təzyiqlərindən danışıb. Movzu Vaşinqton və Tel-Əvivin İraqdakı mənafelərinə əngəl olan Həşd Şəbi xalq qüvvələridir. Baş nazirə təzyiq göstərilir ki, Həşd Şəbini lokallaşdırsın, siyasət və hərb səhnəsindən çıxarsın. Həşd Şəbi İraq xalqının xilaskarı kimi tanınır və İraq Ordusunun bir korpusu kimi rəsmiləşib. Əgər baş nazir ABŞ və İsrailin tələblərini yerinə yetirmək qərarına gəlsə, güman ki, özü siyasət meydanını tərk etməli olacaq.