Nəim Qasim: İsrailə qəfil zərbəylə cavab verəcəyik
Story Code : 813034
Livan Hizbullah Təşkilatının baş katibinin müavini Nəim Qasim ötən gün RT ilə söhbətdə İsrailin Livana son dron hücumuna münasibət bildirib. Nəim Qasim deyib: İsrailin Livana hücumu cavabsız qalmayacaq. Sionist rejimə qəfil zərbəylə cavab verəcəyik. Bu hücuma ötəri yanaşmaq olmaz. Cavab zərbəsi barədə təfərrüata varmırıq, bu sionist rejimin xeyirinə olardı. Livan hökumətinin bu hücuma münasibəti düzgündür, BMT TŞ-nin hadisəyə reaksiyasını gözləyirik.