İdlibin şərqində terrorçularla şiddətli döyüş gedir
Story Code : 812958
Hazırda Suriya Ordusu ilə terror şəbəkəsi arasında İdlibin şərqində ağır döyüşlər gedir. Sputnik xəbər verir ki, partlayıcı qurğu yüklənmiş piyada maşınları intiharçılar vasitəsilə Suriya Ordusu üzərinə istiqamətlənir. Əl-Qaidə və digər şəbəkə intiharçıları Suriyada varlıqlarına son qoyulduğunu hiss edir. Əcnade-Qafqaz adlı terror şəbəkəsi 2012-ci ildən Suriyadadır. Bu dəstədə Azərbaycan, Ermənistan, Gürcüstan, Çeçenistandan muzdlular vuruşur.