0
Sunday 11 August 2019 - 17:14

Kəşmir konflikti – İngiltərənin “yadigarı”!!

Story Code : 810108
Kəşmir konflikti – İngiltərənin “yadigarı”!!
İngiltərə Hindistanı tərk etməyə məcbur olduğu zaman bu region üçün əbədi konflikt planı cızdı: Kəşmir! Qoy Hindistan və Pakistan dünya durduqca vuruşsun!
1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan və Pakistan dövlətləri Kəşmirdən dolayı baş-başa gəldi. BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixdə konflikt formal dayandırıldı. Kəşmirin şimal-qərbi Pakistanın, qalan (əksər) hissəsi isə Hindistanın nəzarəti altına keçdi. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən Kəşmir ştat (Cammu və Kəşmir) hüququnda Hindistanın tərkibinə daxil oldu. 1956-cı il noyabrın 17-də Kəşmir Müəssislər Məclisinin qəbul etdiyi Konstitusiyaya görə, Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. 1955, 1960, 1962, 1963-cü illərdə Kəşmir məsələsi üzrə BMT-dəki müzakirələr, Hindistan—Pakistan danışıqları nəticə vermədi. 1965-ci ilin sentyabrında baş vermiş Hindistan—Pakistan hərbi münaqişəsi digər dövlətlərin fəal səyi nəticəsində dayandırıldı. 1971-ci ilin dekabrında yeni Hindistan—Pakistan hərbi münaqişəsindən sonra hər iki dövlət başçısının 30 iyun—3 iyul 1972-ci il tarixlərində Simla görüşündə münaqişəli məsələləri dinc yolla nizama salmaq barədə razılıq əldə edildi. Amma şahidi olduğumuz kimi Kəşmirdə qırğınlar bu gün də davam edir.
 
Source : IslamTimes
Tagged
kəşmir