Səudiyyə rejiminin BMT nümayəndəsi: “İranla yaxşı qonşuluq siyasəti çərçivəsində əməkdaşlığa hazırıq”
Story Code : 806816
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclasında danışan Abdulla Əl-Muallimi belə deyib: “Yaxşı qonşuluq və digər ölkələrin daxili işlərinə qarışmamaq siyasəti kontekstində İranla münasibətlərimizin yenidən qurulmasına hazırıq”.
Səudiyyə rəsmilərinin içi boş iddialarını səsləndirən Əl-Mualllimi, sözlərinə belə davam edib: “İranın davranışı regionun sabitliyini təhdid edir. Yəmən böhranının siyasi danışıqlarla həlli üçün Fars körfəzinə sahili olan ərəb ölkələrinin planı və BMT TŞ-nin qərarları əsasında hərəkət edilməsi qənaətindəyik”.
Ölkələrin, həmçinin Fələstin məsələsinin ərəb ölkələrinin ilk problemi olduğunu bildirib: “Ərəb ölkələri sülhə sadiqdir və işğalçıların Qüdsdə evləri dağıtmasını pisləyirik”, - deyə o, bildirib.