0
Saturday 6 July 2019 - 18:10

Həşd Şəbi haqqında qərar müzakirə edilir

Story Code : 803534
Həşd Şəbi haqqında qərar müzakirə edilir
Bir neçə gün öncə İraq baş naziri Adil Əbdülmehdi Həşd Şəbi müqavimət qüvvələrinin ölkənin silahlı qüvvələrinə qatılması və Həşd Şəbi adının ləğv olunması barədə göstəriş verdi. Baş nazirin qərarı birmənalı qarşılanmayıb. İraqdakı əksər siyasi və hərbi qruplaşmalar baş nazirinin qərarını dəstəkləsələr də, Həşd Şəbiyə qarşı təxribat baş verməsi ehtimalından narahatdır. Həşd Şəbi Ayətullah-üzma Sistaninin fitvası əsasında yaradılmış birləşmədir və bu addan daha çox ABŞ narahatdır. Vaşinqton İraq baş nazirinə dəfələrlə xəbərdarlıq edib ki, Həş Şəbi ləğv olunsun. Amerikanın bu işdə maraqlı olması müəyyən şübhələr yaradır.
Ən-Nücəbanın rəsmi sözçüsü Nəsr Əşşəmməri bu qərarın Əhşd Şəbi üçün faydalı olacağına ümid etdiyini bildirib. Amma İraq Hizbullah birləşməsi baş nazirin qərarını tələsik qərar adlandırıb.
 
Source : IslamTimes