0
Sunday 2 June 2019 - 13:25

Əsrin Sövdələşməsi: Suriya, İordaniya (7)

Story Code : 797559
Əsrin Sövdələşməsi: Suriya, İordaniya (7)
Əsrin Sövdələşməsində tərəflərdən biri Suriyadır. Suriya İsrail yaranan gündən bu problemdən əziyyət çəkən ən mühüm region ölkələrindəndir. Trampın Suriya ərazisi olan və işğal edilməsi BMT tərəfindən pislənən Qolan yüksəkliyini İsrail ərazisi kimi tanıması Suriyanın etirazı ilə müşayiət edilir. Ekspertlərin şərhinə əsasən Qolanın İsrail  ərazisi kimi tanınması Əsrin Sövdələşməsində yer almış mövzulardandır.
Layihədə İordaniya da əsas tərəflərdəndir. 2-ci Abdullah ilə Netanyahunun görüşü sövdələşməyə təsirli hadisə kimi qeyd edilir. Netanyahunun İordaniyaya gözlənilməz səfəri və bu səfərdən sonra İordaniyanın bəyanatı mövqe nümayişidir. Bəyanatda deyilir ki, Fələstinlə İsrail arasında konfliktin iki müstəqil dövlət formatında həlli zəruridir. Netanyahunun ofisinin bəyanatında vurğulanır ki, bu görüşdə sionist rejim başçısı Qüdsdə müqəddəs yerlərin qorunması ilə bağlı öhdəçilik götürüb. İordaniyanın layihəyə iradı fələstinli qaçqınların qayıdış haqqının tanınmamasıdır. İordaniya üçün bu mühüm məsələdir.
 
Source : IslamTimes
Tagged
iordaniya