Ərəbistan Qətəri Məkkədə keçiriləcək fövqəladə Məkkə konfransına dəvət edib. Bu dəvəti Doha qarşısında qoyulmuş 13 şərtin ləğvi saymaq olarmı? Artıq iki ildir iki ölkə arasında münasibətlər pozulub və Riyaz münasibətlərin bərpası üçün 13 şərt irəli sürüb. Qətər mətbuatı xəbər yayıb ki, Ərəbistan padşahı Salman bin Əbdüləziz Qətər başçısı Təmim bin Həmədi Məkkə konfransına dəvət edib. Məkkə konfransında Yəmən dronlarının Ərəbistana hücumu və Fuceyrə hadisəsi müzakirə edilməlidir.