Fələstin müqavimət təşkilatları İranla müttəfiqlik bəyanatı yaydı
Story Code : 793033
Fələstinin mübariz təşkilatları, qrupları müştərək mətbuat konfransı keçirərək dünya imperializminə qarşı mübarizədə İranla bir cəbhədə olduqlarını bildiriblər. Bu gün baş tutmuş mətbuat konfransı barədə Şahab şəbəkəsi xəbər yayıb. Bəyanatda 3 günlük müharibədən sonra atəşkəslə razılaşan sionist rejimə də xəbərdarlıq edilir: Əlimiz tətikdədir. Bütün Fələstin xalqını Qayıdış Yürüşlərini davam etdirməyə dəvət edirik. Fələstin müqavimət dəstələri meydanda sübut etdilər ki, rahat udulası yağlı tikə deyillər.