Ayətullah Xamenei: ABŞ-ın Sepaha qarşı gedişləri daşa dəyəcək!
Story Code : 787827
İslam İnqilabının rəhbəri Ayətullah Xamenei İmam Hüseynin (ə) mövlud ildönümü münasibətilə pasdarlarla – inqilab keşikçiləri korpusu ilə görüşüb. Ayətullah Xamenei buyurub: Sepah həm hərbi, həm siyasi meydanda düşmənin qarşısında dayanıb. ABŞ və nadan düşmənlər 40 ildir ki, İslam Respublikasına qarşı əllərindən gələni edirlər. Amma bir iş görə bilməyiblər, bu gün İslam Respublikası dünyada söz sahibidir. ABŞ isə uçuruma yuvarlanmaqdadır.