0
Sunday 17 March 2019 - 13:45

ABŞ İraqın daxili işlərinə qarışır

Story Code : 783792
ABŞ İraqın daxili işlərinə qarışır
İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsi ABŞ-ın Həşd Şəbi qüvvələri haqqında açıqlamalarına reaksiya verib. ABŞ Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Robert Palladino  İŞİD-in İraqı işğalına son qoyan Həşd Şəbi qüvvələrini  “cinah qüvvələri” adlandırıb. Komitə üzvü Abbas İsmaili mətbuata bildirib ki, Həşd Şəbi qüvvələri İraqın təhlükəsizlik qüvvələrinin tərkib hissəsidir və İŞİD üzərində qələbədə əsas amillərdəndir. ABŞ-ın Həşd Şəbini hədəfə alması, bəzi komandanları terrorçu kimi tanıması İraq hakimiyyətinə qarşı bir addımdır.
 
Source : IslamTimes