İnqilab Rəhbəri Ayətullah Xamenei bu gün Xibrə Məclisinin üzvləri ilə görüşdə buyurub:
Amerika İrana qarşı var gücü ilə hücuma keçib. Əgər biz imkanlarımızı maksimum səfərbər etsək, Amerikaya ömrünün ən ağır məğlubiyyətini daddırarıq.
Xalqın və məsulların Allaha təvəkkülü sayəsində İran xalqı üçün Allahın vədi reallaşar.
İkili münasibətlərdən biri də hadisələrə məyusluqla, yoxsa ümidlə yanaşmaqdır.
Regionda düşmən bizimlə hesablaşır, üstünlüyümüzü dərk etsək bir şəkildə, dərk etməsək başqa şəkildə reaksiya göstərəcəyik.
Amerika və Avropa barədə kifayət qədər təcrübələrimiz var, bu təcrübələrdən maksimum yararlanmalıyıq...