İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətindəki hərbi bazaya terror hücumu edilib.
Terrorçuların hücumu zamanı azı 40 təhlükəsizlik əməkdaşı həlak olub.
Qeyd edilir ki, bazaya hücumda azı 27 terrorçu iştirak edib ki, onlardan da 7-si kamikadze idi.
Hücumun “Taliban” terror təşkilatı tərəfindən həyata keçirildiyi bildirilir.