Stroub Talbott: Şah dedi ki, o Kuruşun modern canişinidir!!
Story Code : 776748
İranda Pəhləvi dövrü ilə bağlı xatirələrində Time jurnalının o zamankı müxbiri Srtoub Talbott yazır: ABŞ prezidenti Nikson öz proqramını elan edəndən iki il sonra, 1971-ci ildə İran şahı “Minilliyin banketi” adlı tədbir keçirdi. Beş günlük bayram mərasiminə 68 ölkə başçısı dəvət edilmişdi. Şah qonaqlara müraciətlə dedi ki, özünü böyük Kuruşun modern canişini sayır. Mən o zaman Time-nin sadə müxbiri idim və bu arada İrana səfər imkanı qazanmışdım. Tədbirdən sonra qaldım ki, ölkədəki partlayışlı vəziyyətlə tanış olum. Tələbələrlə, Sovetlərə meylli adamlarla, İmam Xomeyninin tərəfdarları ilə söhbət etdim. Mərasim başa çatan kimi İmam Xomeyni Nəcəfdən İran xalqına müraciət etdi. Şah onu sürgün etmişdi, amma xalq İmamın lentə yazılmış çıxışlarını dinləyirdi. Cəmi 7 il sonra şah özü İrandan sürgün edildi!!